BURADA REKLAMINIZ OLA
BİLƏR

PA rəsmisi: “Veteranlardan istifadə edərək öz maraqlarını güdən QHT-lər var”

“Veteranlarla bağlı ölkədə 100-ə qədər QHT fəaliyyət göstərir. Bu QHT-lərin içərisində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı xüsusi yer tutur”.

Pravda.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkil etdiyi “Nəsillərin görüşü” adlı konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi işin təşkili sektorunun müdir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev bildirib.


V. Quliyev deyib ki, bu kateqoriya insanlardan istifadə edərək öz maraqlarını güdənlər var: “Ona görə veteranlar da diqqətli olmalıdırlar”.

Tarix: 1 Oktyabr 2021, 11:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin