BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilayət Eyvazovdan arvadını güllələyən polislə bağlı ƏMR

Bakıda arvadını öldürən polis daxili işlər orqanlarından xaric edilib.

Pravda.az xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Nizami rayon Polis İdarəsinin Post Patrul Bölüyünün polis nəfəri İsmayıl Məmmədov daxili işlər orqanlarından xaric edilib.

İ.Məmmədov bu gün məhkəmə qarşısına çıxarılacaq. Onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

 İsmayıl Məmmədov 24-cü Polis Şöbəsinə ondan şikayətə gələn arvadı, 26 yaşlı Xanım Məmmədovanı tabel silahı ilə güllələyərək öldürüb.

Lent.az

Tarix: 1 Oktyabr 2021, 14:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin