BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin olundu

"Azərbaycan" nəşriyyatına yeni baş direktor təyin olunub.

Pravda.az-ın məlumatına görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Leyla Güləliyeva “Azərbaycan” nəşriyyatının baş direktoru təyin edilib.

L.Güləliyeva təyinatla bağlı xəbəri "Report"a təsdiqləyib.

Qeyd edək ki, L.Güləliyeva keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” MMC-nin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən gün “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov vəzifəsindən azad edilib.


Tarix: 1 Oktyabr 2021, 16:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin