BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrovla Mirzoyan Qarabağdan danışdı

Oktyabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

Pravda.az xəbər verir ki, tərəflər Cənubi Qafqazda nəqliyyat yollarının və iqtisadi bağlantıların açılması, qonşu ölkələr arasında etimad tədbirlərinin artırılması və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişləndirilməsinin regiondakı vəziyyətin sabitləşməsinə töhfə verəcəyi qeyd olunub. Tərəflər həmçinin regional sabitlik və təhlükəsizlik problemləri, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli razılaşmalar barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda minalı ərazilərin xəritələrinin verilməsi, mədəni irs obyektlərinin qorunub saxlanması kimi məsələləri müzakirə ediblər.

Eyni zamanda Rusiya tərəfindən BMT Baş Asambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan ilə Ermənistan xarici işlər nazirləri arasında Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə keçirilmiş görüşün nəticələrindən məmnunluq da ifadə olunub.

Tarix: 1 Oktyabr 2021, 18:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin