BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyev bu şəxslərə vəzifə verdi - SİYAHI

Rəyasət Heyətinin iclasında akademik Gövhər Baxşəliyeva AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, iqtisad elmləri doktoru Nazim İmanov AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru vəzifələrinə, həmçinin Nərmin Adıgözəlova AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, aqrar elmlər üzrə fəlsəfə doktoru Sultan Hüseynova isə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi katibi vəzifələrinə təsdiq olunublar.

 

Pravda.az-ın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin oktyabrın 1-də keçirilmiş iclasında qərar qəbul edilib.

 

AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda və AMEA-nın Mərkəzi Nəbatat Bağında aparılmış yoxlamaların nəticələri haqqında arayışları təqdim edib.

 

Çıxışlar ətrafında müzakirələr aparıldıqdan sonra müvafiq qərarlar qəbul edilib.

Tarix: 2 Oktyabr 2021, 07:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin