BURADA REKLAMINIZ OLA
BİLƏR

İstanbulda təyyarə qəzasında xəsarət alanlardan xəbər var

İstanbulda Sabiha Gökçen hava limanında "Boeing 737-800" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan 180 sərnişindən 92-si evə buraxılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə İstanbul valisi Əli Yerlikaya öz "Twitter" səhifəsində paylaşım edib.

 

Vali bildirib ki, xəstələrin 88-nin müalicəsi davam edir, 14-nün vəziyyəti ağır olduğu üçün reanimasiya şəraitində müalicə olunur.

 

Qeyd edək ki, fevralın 5-də Türkiyədə "Boeing 737-800" tipli  sərnişin təyyarəsi uçuş zolağından çıxıb. Qəzada 3 nəfər ölüb, 179 sərnişin yaralanıb.APA

Tarix: 6 Fevral 2020, 23:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin