BURADA REKLAMINIZ OLA
BİLƏR

“Vətən müharibəsindəki şanlı Qələbəmizə görə şəhidlərə borcluyuq” – Adil Əliyev

 

 

Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri, o cümlədən şəhid Muxtar Qasımlı və onun döyüş yoldaşları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində böyük şücaət göstərərək tarixi qələbə qazanmaqla bizi 30 illik həsrətdən sonra əzəli torpaqlarımıza qovuşdurdular. Məhz onların qəhrəmanlığı, döyüş əzmi, mərdliyi nəticəsində torpaqlarımız düşmən işğalından azad olundu. Vətən müharibəsində Azərbaycan istər döyüş meydanında, istərsə də diplomatiya sahəsində öz sözünü dedi və düşməni məğlub edərək kapitulyasiya aktını imzalamağa məcbur etdi.

 

Bu sözləri Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev şəhid Muxtar Qasımlının anım günü ilə bağlı keçirilən tədbirdə bildirib.

 

Adil Əliyev şəhid Muxtar Qasımlının Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb: “Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Muxtar Qasımlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Biz Vətən müharibəsindəki şanlı Qələbəmizə görə şəhidlərə borcluyuq. Şəhidlərimizin şücaəti xalqımız tərəfindən çox yüksək qiymətləndirilir və onların xatirələri hər zaman qəlbimizdə yaşayacaq”.

 

Azərtac

Tarix: 2 Oktyabr 2021, 22:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin