BURADA REKLAMINIZ OLA
BİLƏR

"İran və Azərbaycan mübahisəni özləri həll etməlidir" - Xameneyi

Azərbaycanla İran arasında yaranan mübahisəli məsələlər xarici qüvvələrin müdaxiləsi olmadan həll edilməlidir.

 
Pravda.az xəbər veri ki, bunu İslam Respublikasının ali dini lideri Əli Xameneyi bildirib.

"Ölkənin şimal-qərbindəki son vəziyyət, bölgədəki xarici qüvvələrin müdaxiləsi və hərbi iştirakı olmadan həll edilməlidir", - o vurğulayıb.

"Region xalqlarının orduları vəziyyəti özləri idarə edə bilərlər və biz başqa qüvvələrin müdaxilə etməsinə icazə verməyəcəyik", - deyə, Xameneyi əlavə edib.

Xamneyinin bəyanatı Azərbaycanla İran arasında siyasi gərginliyin, eləcə də İran ordusunun Azərbaycan sərhədi yaxınlığında hərbi təlimlərə başlamasının fonunda səslənib.


Tarix: 3 Oktyabr 2021, 20:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin