BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda külək ağacları aşırdı

Güclü külək nəticəsində paytaxtda 10-dan çox ağac aşıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə ümumilikdə 10-dan çox ağac aşıb: “Güclü külək paytaxtın Nəsimi, Nizami, Yasamal, Xətai rayonlarında ciddi fəsadlara yol açıb. Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları səhərə qədər gücləndirilmiş iş rejimində çalışaraq ərazilərdə ağacların aşması nəticəsində meydana gələn fəsadların aradan qaldırılması üçün tədbirlər görüblər”.Oxu.az

Tarix: 7 Fevral 2020, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin