BURADA REKLAMINIZ OLA
BİLƏR

Yunanıstanda da virus yayıldı

Yunanıstanda, 2 fevral tarixinə olan məlumata əsasən 38 nəfər mövsümi qripdən ölüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Milli Səhiyyə Təşkilatı məlumat yayıb.

 

Bildirilib ki, son bir həftə ərzində 17 nəfər qripdən dünyasını dəyişib.

 

Mövsümi qripin monitorinq dövrünün başladığı 2019-cu ilin 40-cı həftəsindən 2020-ci ilin 5-ci həftəsinə (27 yanvar-2 fevral) qədər laboratoriya tərəfindən təsdiqlənmiş 151 ciddi qrip hadisəsi qeydə alınıb, 136 nəfər reanimasiyaya yerləşdirilib.

 

Bu xəstələrdən yalnız 55-i (36.4%) qripə qarşı peyvənd edilib.

 

Qripin “A” ştammı olan A, H (H3N2) və A (H1N1) pdm09 tipli xəstələrin əksəriyyəti üstünlük təşkil edir. Qripə oktyabrın əvvəlindən mayın sonuna qədər nəzarət olunur.Report

Tarix: 7 Fevral 2020, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin