BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan Azərbaycana şərt qoya bilməz” – Deputat

“Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməyə hazır olduğunu bəyan edib. Həmçinin Paşinyan və fəaliyyətini yenidən bərpa etmək istəyən ATƏT-in Minsk Qrupunun həmsədrləri də görüşün baş tutmasında maraqlıdırlar. Lakin Paşinyan müəyyən iddialarla çıxış edir və bildirir ki, mina xəritələrinin təhvil verilməsi qarşılığında Azərbaycanda saxlanılan erməni terrorçularının qaytarılması məsələsi gündəmdə olmalıdır. Hesab edirəm ki, bu, düzgün yanaşma deyil”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

 

Deputat bildirib ki, görüş çərçivəsində yalnız sülh müqaviləsinin imzalanması, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində danışıqlar aparılmalıdır: “Ermənistan bizə şərt qoya bilməz. Müzakirə ediləsi mövzular çoxdur. Biz bu gün ərazi bütövlüyümüzü təmin etmişik və təhlükəsizliyimizin qorunması üçün çalışırıq. Bizə sonuncu dəfə təhvil verilən mina xəritələrinin yalnız 25 faiz doğruluğunu da nəzərə alsaq, bir daha deyə bilərik ki, Ermənistanın bu yanaşması doğru və ciddi yanaşma deyil. Unutmasınlar ki, diqtə edən və qalib tərəf Azərbaycandır”.

 

A.Nağıyevin sözlərinə görə, dünyada müxtəlif zamanlarda baş tutmuş müharibələrin nəticələri göstərir ki, müharibəni aparan iki tərəf arasında nə vaxtsa, sülh sazişinin imzalanması nəticəsində həmin xalqların birgə yaşayışı mümkün olur: “Doğrudur, Azərbaycan da Vətən müharibəsində çox şəhid verib, Allah şəhidlərə rəhmət eləsin. Əgər bu gün ermənilər Azərbaycan Konstitusiyasına uyğun olaraq vətəndaşlıq şərtlərini qəbul etsələr, birgəyaşayışa baxmaq mümkündür. Təbii ki, hər iki millət birgəyaşayışa hazır olmalıdır”.

 

Nəzrin Cavid

Tarix: 4 Oktyabr 2021, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin