BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan təxribat yarada biləcək bütün qüvvələri neytrallaşdırıb” - RƏY

"Prezident İlham Əliyevin Suqovuşandakı çıxışı bu günün reallığına tam uyğundur və gələcəkdə hansı işləri görəcəyimizə dair ümumi məlumatlandırma xarakteri daşıyır. Prezident Ermənistanın sabiq prezidenti Serj Sarkisyanı Serjik adlandırmaqla, onu əsl adı ilə çağırmaqla onun iç üzünü ortaya qoydu”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

 

Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışı təxribatçılara ciddi mesaj idi: "Prezident İlham Əliyev ötən gün Suqovuşanda çıxışı zamanı Sarkisyana səslənib. Ümumiyyətlə istənilən halda, Sarkisyan və tərəfdarlarının hansısa təxribata əl atması mümkün deyil, onlar belə addım ata bilməzlər. Azərbaycan tərəfi təxribat yarada biləcək bütün qüvvələri neytrallaşdırıb. Prezidentin çıxışı zamanı Serj Sarkisyanı “Serjik" deyə çağırması təhqir xarakteri daşımır, çünki onun tam adı elə Serjikdir. Sadəcə, Serjik çağırılması ilə həmin şəxsin çəkisi dəyərləndirilib, yəni elə də çəkisi olan biri olmadığı xatırladılıb. Serj Sarkisyan, doğrudan da, bu illər ərzində yalnız təxribat və ara qarışdırmaqla məşğul olub".

 

 Nəzrin Cavid

Tarix: 4 Oktyabr 2021, 16:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin