"Biz bütün dövlətlərlə, o cümlədən qonşu İranla münasibətlərimizin son dərəcə yüksək səviyyədə olmasını, inkişaf etməsini, dostluq və qardaşlıq şəklində olmasını arzu edirik. Arzu dirik ki, İran da bizim onlara olan səmimi münasibətimizdən düzgün nəticə çıxarar. Azərbaycanla əməkdaşlığa, mehribanlığa, dostluğa çalışar və bu siyasi xətti davam etdirər. Biz İrana düşmən deyilik".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat bildirib ki, İranın Ermənistana müxtəlif şəkildə yardım göstərməsi qonşuluq münasibətlərinə xələl gətirir: "Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən bəri, xüsusilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bütün dünyaya bəyan oldu ki, Azərbaycan sülhsevər dövlətdir və qonşu ölkələrlə əməkdaşlıq mühitində yaşamaq arzusundadır. Həmin dövrdən bəri bütün fəaliyyətimiz bu istiqamətdə davam edir və edəcək. Cənab Prezident İlham Əliyev hakimiyyətə gələndən sonra da bu siyasəti inkişaf etdirməyə başladı. Yəni, bizim istəyimiz bütün dünya dövlətləri, xüsusilə də region dövlətləri ilə dostluq və əməkdaşlıq şəraitində yaşamaqdır. Bu gün Prezident, hətta Ermənistana da çağırış edir ki, biz sizinlə sülh sazişi imzalamağa, əməkdaşlıq şəraitində yaşamağa hazırıq. Baxmayaraq ki, Ermənistan özünün düşmənçilik mövqeyindən əl çəkmir, yenə də bizim mövqeyimiz belədir. Eyni zamanda, müstəqilliyimizdən bəri biz qonşumuz olan İran İslam Respublikasi ilə münasibətlərdə də səmimi olmuşuq. Nəzərə almaq lazımdır ki, İranda 40 milyondan çox azərbaycanlı yaşayır və hər ikimiz müsəlman dövlətiyik. Lakin təəssüflər olsun ki, İran bizim bu isti münasibətlərimizə hər zaman öz hərəkətləri ilə xələl gətirib. Ərazilərimizi işğal edən, əhalimizə qarşı soyqırımlar törədən, bizə düşmənçilik münasibətində olan terrorçu, cinayətkar Ermənistan dövləti ilə əməkdaşlıq, dostluq edib. Bizim ermənilər tərəfindən işğal olunmuş ərazilərimizin talan olunması, dağıdılması, viran qoyulması-burada olan tikinti materiallarının İrana daşınması, İranın Ermənistanın bütün təchizatını təmin etməsi və s... Azərbaycan Ermənistanı dalana dirəyib, onların Rusiya və Gürcüstana çıxışı qalıb, burada da çətinliklər olur. Bu illər ərzində Ermənistanı hər cəhətdən təmin edən, qoruyan, müdafiə edən, ərazisindən onlara silah-sursat daşıyan İran İslam Respublikasıdır. Bu gün də prosesi davam etdirir. Çox təəssüf ki, belə hal baş verir. İran müsəlmanlara məxsus müqəddəs yerlərini viran qoyan, murdarlayan, məscidlərimizi darmadağın edən, orada donuz saxlayanlarla dostluq və əməkdaşlıq edir. Bunun əvəzində Azərbaycan İrana qarşı narazılığını bildirmək əvəzinə, onlar bizi olmayan məsələlərə görə ittiham etməyə başlayırlar. İran sərhədlərimizə qoşun yığır, təlimlər keçirir, guya bizə güc nümayiş etdirir. Bunlar xoşagəlməz hallardır və Azərbaycanla İran arasındakı gərginliyin azalması əvəzinə, getdikcə artmasına səbəb olur. İranın Ermənistan əməkdaşlıq etməsi iki dövlətin daxili işidir, narazı olsaq da, qarışmaq haqqımız yoxdur, amma İran bizim ərazimizə daxil olur, sərhədlərimizi, qanunlarımızı pozur. Bəs bu, bizim daxili işimizə qarışmaq deyilmi?! Axı biz heç vaxt İranın daxili işinə qarışmaq fikrində olmamışıq. Ermənilər 30 il ərzində ərazilərimizi işğal altında saxlayıb. İkimiz də müsəlman dövlətiyik, elə bu gücünü 30 il müddətində Ermənistana nümayiş etdirərdin, həmin ərəfələrdə sərhədboyu təlimlər keçirərdin. Bəlkə ermənilər də bundan çəkinərdi. İran isə indi bizi şirlə, şirin quyruğu ilə hədələyir, güc nümayiş etdirir".
Nəzrin Cavid
23 Oktyabr 15:44
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
Ən son xəbərləri səhifəmizdən də izləyin