BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə səfiri Milli Qəhrəman Polad Həşimovun anası ilə görüşüb

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova ilə görüşüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə türkiyəli diplomat “Twitter”də bildirib.

 

Səfir qeyd edib ki, Polad Həşimovun anasına Türkiyə bayrağı hədiyə edilib.

 

Diplomatın sözlərinə görə, Səmayə Həşimova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türk millətinə salamlarını çatdırmağı xahiş edib.

Tarix: 5 Oktyabr 2021, 13:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin