BURADA REKLAMINIZ OLA
BİLƏR

“Paşinyanla Putin görüşü Azərbaycanla Ermənistan arasında danışıqların başlanması məsələsinə həsr ediləcək”

"Azərbaycan və Ermənistan tərəfləri danışıqlar masasının başlanmasına razılıq veriblər.  Əlbəttə ki, Ermənistan buna birbaşa "hə" deməyib. Ermənistanı bu razılığa gətirmək üçün müəyyən siyasi gedişatlar edilib. Ermənistan tərəfi əvvəllər Azərbaycanın qarşısına xeyli şərt qoyduğu halda, indi 1 şərt qarşılığında görüşə razılıq verib. Bu şərt də əsirlərin geri qaytarılmasıdır".

 

Pravda.az xəbər verir ki,bunu siyasi ekspert Elman Vəliyev deyib.

 

Ekspert qeyd edib ki, Prezident İlham Əliyevlə Nikol Paşinyan yaxın zamanlarda görüşəcək: "Görüşün əsas məqsədi delimitasiya və demarkasiyası məsələsi, mina xəritələri, dəhliz məsələsi olacaq. Zənn edirəm ki, Azərbaycan tərəfi Ermənistanın 1 şərtini (əsirlər məsələsi) yerinə yetirə bilər. Qarabağda olan ermənilərə yaşamaq hüququ veriləcək. Qalan məsələlər də isə üstünlük Azərbaycanın olacaq. Buna şübhə yoxdur. Prezident İlham Əliyevin Qarabağın statusunun olmadığını deməsi, Rusiya tərəfinin qondarma respublikanın sərhədlərinin olmadığı xəritəni paylaşması buna dəlalət verir. Tərəflər görüş üçün 3-cü bir ölkəni seçdilər. Bu ölkə Rusiya və ya Gürcüstan ola bilər. Bu görüşdən əvvəl Paşinyan Vladimir Putinlə görüşəcək. Əminəm ki, Paşinyanla Putin görüşü Azərbaycanla Ermənistan arasında danışıqların başlanması məsələsinə həsr ediləcək".

Tarix: 5 Oktyabr 2021, 14:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin