BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "İran hakimiyyəti hər zaman ermənipərəst mövqe nümayiş etdirib"

"Zaman-zaman İranın Azərbaycan əleyhinə təxribata əl atması artıq rəsmi səviyyədə də müzakirə edilib. 44 günlük müharibədən sonra İranın Azərbaycana qarşı aqressiyası daha açıq şəkildə özünü büruzə verir".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat qeyd edib ki, regionda baş verən geosiyasi dəyişikliklər, Azərbaycanın İkinci Qarabağ müharibəsində işğal edilmiş ərazilərini və İran-Azərbaycan sərhədində nəzarəti bərpa etməsi İranın maraqlarına cavab vermir: "Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə İran həmin torpaqlarda qanunsuz olaraq fəaliyyət də göstərib. İran hakimiyyəti hər zaman ermənipərəst mövqe nümayiş etdirib. 30 illik işğal müddətində İranın separatçı qurumla işbirliyi qurması, işğal altındakı Azərbaycan ərazilərində birgə qeyri-qanuni fəaliyyətlə məşğul olmasına dair saysız-hesabsız informasiyalar, faktlar var. Azərbaycan həmişə İranla sıx qonşuluq və tərəfdaşlıq münasibətlərinə can atıb, bir sıra mühüm regional layihələrdə onunla tərəfdaşdır. Lakin İran qonşuluq, vahid din birliyi məsələsini unudub, Azərbaycan hökümətinin ona qarşı humanist dəyərlərinə qarşılıq olaraq təxribatlara əl atır. İranın Azərbaycana bu cür yanaşma sərgiləməsinin səbəblərindən biri də İsraillə olan əlaqələrimizin yüksək səviyyədə olmasıdır. Amma onu da istisna etmək olmaz ki, yenicə müharibə bitmiş regionda gərginlik heç bir ölkənin marağında uyğun deyil".

 

Kənan

Tarix: 6 Oktyabr 2021, 07:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin