BURADA REKLAMINIZ OLA
BİLƏR

“İran-Ermənistan yolu bizim üçün strateji əhəmiyyətə malikdir”

“Yeni İran-Ermənistan alternativ yolunun inşası məsələsində Ermənistana kömək etməyə hazırıq”.

 

Pravda.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Hayrullah Hademi “İran-Ermənistan dostluğu” yutub kanalına verdiyi müsahibə zamanı deyib.

 

H.Hademinin sözlərinə görə, Ermənistan hazırda Gorus-Qafan yoluna alternativ olaraq Tatev rayonunda  yolun inşasına başlayıb.

 

“Sözügedən yol vasitəsilə yük və sərnişin daşınması mümkün qədər tez başlasın deyə erməni tərəfi ilə danışıqlar aparırıq”, - deyə Hamedi qeyd edib.

 

O, həmçinin vurğulayıb ki, İran-Ermənistan dövlətlərarası yolu İran üçün strateji əhəmiyyətə malikdir.

 

“Bu yolda olmuşuq və yeni yolun inşası üçün Ermənistana kömək etməyə hazırıq. Həmçinin İran öz mühəndis-texniki imkanlarını da verməyə hazırdır. Ermənistan, həmçinin İran sərhədindən başlayan və Gürcüstan sərhədinə çatan “Şimal-cənub” yolunu da inşa edir. Bildiyim qədərilə, şimal hissədə xeyli iş görülüb və ümid edirəm ki, tezliklə cənub hissədə də işlər başlayacaq. Bu məsələdə də Ermənistan ilə əməkdaşlıq etməyə hazırıq”, - deyə iranlı nazir müavini bildirib.

 

Erməni KİV-də yayılan məlumata görə, Tatev-Qafan yolunun inşasının noyabrın sonuna kimi tam olaraq başa çatması planlaşdırılır.

 

Qeyd edək ki, Hayrullah Hademi oktyabrın 4-ü İranın Tatev yolunun inşasına kömək etməsi məsələsini müzakirə etmək üçün Ermənistana səfər edib.

Tarix: 6 Oktyabr 2021, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin