BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəhim Qazıyevin qızı təhdid olunur – Mənzilinin qapısını sındırıblar

Keçmiş Müdafiə naziri Rəhim Qazıyevin qızı Şəbnəm əri tərəfindən təhdid olunur.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə jurnalist Əvəz Zeynallı məlumat yayıb.

 

“Şəbnəm Rahim Qazıyevin qızıdır. Ailəsində ciddi problemlər yaşayıb. Sonra şiddətli keçimsizlik səbəbindən Ramil Əzizov adlı həyat yoldaşından ayrılıb. İki gül kimi balası var. Bunlar hamısı normaldır, normal olardı o zamana qədər ki, hadisələr elə yazdığım 3 cümlə ilə də bitsəydi. Bitməyib. Aylarla, hətta illərlə davam edən narazılıqlar və ailədaxili şiddətdən sonra da Şəbnəm məsələni ictimailəşdirmək istəməyib. Belə hadisələr olur zatən. Sonra məsələ böyüyüb, işə Rahim bəyin özü qarışıb, Ramil şiddəti ailəsinin daxilindən çıxarıb və başlayıb hər yeri, hər kəsi narahat eləməyə. Qonşular, iş yoldaşları... derkən başlayıb telefonla zəng etməyə, hədə-qorxu mesajları göndərməyə. Bu da yetməyib, aylarla davam edən bu yorucu, vahiməli və qorxulu olaylardan sonra Ramil Əzizov fiziki təzyiqləri də ailə daxilindən çıxarıb. Gəlib Rahim Qazıyevin yaşadığı binanın qarşısında Şəbnəmin böyük bacısı Aytənin avtomobilinin 4 təkərinin dördünü də bıçaqla doğrayıb. Cinayət əməli təhlükəsizlik kamerasına düşüb və çəkiliş hazırda mövcuddur. Dəfələrlə şikayətlər olunsa da, tədbir görməyən polis, bu dəfə Tağı Əhmədov demiş, burcutmağa yer qalmadığını görərək, Ramilə cinayət işi qaldırıb və onu saxlayıb. ...Amma bir neçə gündən sonra buraxıb. Əməllərinin cəzasız qaldığını görən Ramil bu dəfə Rahim Qazıyevin evinə hücum edib, qapını döyüb, açılmadığını görəndən sonra isə "qlazok"u sındırıb - gücü ona çatıb. 102-yə zəng ediblər, polislər gəlib, həbs edib, aparıblar və... bir neçə gündən sonra Ramil yenidən zühur edib.

 

Bu gün canlı yayınları bitirəndən sonra Rahim Qazıyevin evinə getdim. Şəbnəmlə danışdım. O, çox qorxur. "Heç nəyini istəmirəm, bircə məndən əl çəksin, qorxuram, addım ata bilmirəm, az qalıram, 2 uşağımı da, özümü də zəhərləyib öldürəm" deyir. Təbii ki, bizim ağıllı Şəbnəmimiz elə şeylər etməz və təbii ki, bu hadisələr hamısı ötüb keçəcək, amma polisin hərəkətləri düşündürücüdür, deyilmi?" – Ə.Zeynallı qeyd edib.

Tarix: 7 Fevral 2020, 13:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin