BURADA REKLAMINIZ OLA
BİLƏR

“İranın hərbi təchizat təyyarələrinin uçuşuna qadağa qoyması Azərbaycana təsir göstərməyəcək”

"Ermənistan və İran cılız və absurd bəyanatlarına görə peşman olacaqlar. İranın hərbi təchizat təyyarələrinin uçuşuna qadağa qoyması Azərbaycana təsir göstərməyəcək. İran başa düşməlidir ki, ölkəmizə qarşı edilən təhdid, həmçinin Türkiyə və Pakistana qarşı edilmiş təhdiddir. Ermənistana gəlincə isə, rus sülhməramlılarından öz ailələri və dövlətləri üçün biabırçı, əxlaqsız şəkildə istifadə edən millətdən heç nə gözləmək olmaz".

 

Bunu Pravda.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

 

 

O bildirib ki, İranın son dövrlər Azərbaycana qarşı sərgilədiyi münasibət başadüşülən deyil: "Bu qədər sərsəmləmək olmaz. İran nəzərə almalıdır ki, Azərbaycan da tamhüquqlu dövlətdir.  İndi islami dəyərləri guya hər şeydən üstün tutan İran həmin dəyərlərə tüpürən ermənilərə dost, qardaş deyir. Lakin buna görə, onlar tarix qarşısında cavab verməli olacaqlar. İranın hərbi təchizat təyyarələrinin uçuşuna qadağan qoyması anlaşılan deyil. Prinsipcə aydındır ki, İran Azərbaycanın regionda artan nüfuzundan narahatdır. Bizim İranla bağlı hansısa ərazi iddiamız belə yoxdur. Onlar isə əsassız bəyanatlar səsləndirərək qeyd edirlər ki, guya biz İsrail əsgərlərini bölgəyə yerləşdirmişik. Bu, absurddur. Çünki İsrail əsgərləri burada olsaydı, etiraf edərdik, heç kimdən qorxmuruq. Bütün bunları sionizm rejimi  ilə əlaqələndirmək, məsuliyyətsiz bəyanatlar yaymaq çox absurddur. Azərbaycan sadəcə haqqını tələb edir və deyir ki, qanunsuz yolla Ermənistana yardım göndərməsin və bunun üçün Azərbaycan ərazisini seçməsin. İran isə öz maşınlarına erməni nömrələri taxaraq bizi aldatmaq istəyir. Onu qeyd edim ki, İranın hərbi təchizat maşınlarına qoyduğu qadağa Azərbaycana heç bir şəkildə təsir göstərməyəcək. Bu gün səhər də bir xəbər yayılıb. İranın hərbi jurnalisti Hüseyn Daliryan deyib ki, Azərbaycana min raket atsaq, işi həll edə bilərik. Bunun heç bir əsası yoxdur. Hələ Azərbaycana qarşı hörmətsizlik edən dövlətlər heç vaxt xeyir tapmayıblar. İran başa düşməlidir ki, Azərbaycana qarşı təhdid həm də Türkiyə və Pakistana təhdiddir".

 

Nəzrin Cavid

Tarix: 6 Oktyabr 2021, 11:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin