BURADA REKLAMINIZ OLA
BİLƏR

“İran Azərbaycana qərəzini nümayiş etdirir və Ermənistana qanunsuz yollarla kömək edir” - Deputat

“Cəbrayılda olarkən Prezident İlham Əliyev Azərbaycan-İran münasibətləri barədə danışdı və qeyd etdi ki, heç kim dövlətimizin daxili işinə qarışmamalıdır. Bir müddətdir ki, İran rəsmiləri Azərbaycan əleyhinə müxtəlif bəyanatlar səsləndirirlər. Prezident də bildirdi ki, İranın ittihamlarının heç biri konkret faktlara əsaslanmır. İranda konkret fakt varsa, Azərbaycana araşdırması üçün təqdim etsin".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, Azərbaycanda heç bir ölkənin əsgəri, xarici qüvvə yoxdur: "İranın guya Azərbaycanı sionistlərin idarə etməsi barədə fikirləri tamamilə əsassızdır. Azərbaycan hər zaman İranla münasibətləri qorumağa çalışıb. Lakin İran davamlı olaraq Azərbaycana qərəzini nümayiş etdirir və islami dəyərləri heçə sayan Ermənistana qanunsuz yollarla kömək edir. 30 il ərzində heç bir təlim keçirməyən İran Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra təlimlərə başladı. Eyni zamanda, Azərbaycan Gorus-Qafan yoluna nəzarəti əldə etdikdən sonra biz İranın yanaşmasının şahidi olduq. Əlbəttə ki, bu fikirlər tamamilə əsassızdır və Azərbaycan bu ittihamları qəbul etmir".

 

Nəzrin Cavid

Tarix: 6 Oktyabr 2021, 13:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin