BURADA REKLAMINIZ OLA
BİLƏR

“Məni telekanallara buraxmırlar“ - Kamran Həsənli

Aparıcı Kamran Həsənli yeni mövsümdən MTV kanalı ilə əməkdaşlığa başlayacaq.

Pravda.az xəbər verir ki, bu haqda məlumatı təsdiqləyən K.Həsənli bildirib ki, burada aparıcı kimi fəaliyyət göstərməyəcək:

"Əslində, işbirliyim prodakşınlardan biri ilədir. Orada layihə hazırlanır. Mən də layihəyə məsləhətçi sima kimi daxil olmuşam. Həmin veriliş MTV-də efirə gedəcək".

K.Həsənli özünün aparıcı kimi televiziyada çalışmasına isə imkan verilmədiyini bildirib:

"Gedib kanal qapısını döyə bilmərəm. Hardansa təklif gəlməlidir ki, mən də çalışım. Amma təklif yoxdur. Məni kanallara yaxın buraxmırlar. Mənə qarşı telekanallar koalisiya qurub".


Axsam.az

Tarix: 6 Oktyabr 2021, 13:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin