BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu, İranın yürütdüyü aqressiv siyasətə cavabdır” - RƏY

“Beynəlxalq Aviasiya Təşkilatının təklifi ilə həm Azərbaycan, həm də Ermənistan mülki təyyarələrin uçuşu üçün öz hava məkanını açmışdı. Lakin bu gündən etibarən iki dövlət öz hava məkanını yük və hərbi təyyarələr üçün də açıb. Bu, İranın yürütdüyü aqressiv siyasətə cavabdır”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

 

 

O bildirib ki, İran Naxçıvana hərbi təyyarələrin uçuşuna qadağa qoymaqla səhv etdi: “Qadağadan sonra Türkiyə sərhəd məntəqəsini bağladı, Gürcüstan İrandan gələn bütün yük maşınlarına qadağa qoydu və bu gün də Ermənistan Azərbaycan üçün hava məkanını açdı. Bu, həmçinin dövlətimizin yürütdüyü xarici siyasətin uğurudur. İran onsuz da Azərbaycan dövləti yaranandan bizi sevmir. Biz isə tutmuşuq ki, “səni sevəcəyəm, sən sevməsən də”. İranın xarici siyasət doktrinasında iki təhlükəli bənd var. Birinci bəndə əsasən, Azərbaycan Respublikasının mövcudluğu İrana sərf etmir. Bunu açıq şəkildə bəyan edirlər. İkincisi isə, Azərbaycanla Türkiyə arasında hansısa quru əlaqəsinin olmamasını hədəf alıblar. Ona görə də Zəngəzur dəhlizinin açılması məsələsinə Ermənistandan çox İran etiraz edir. Sadəcə, İran başa düşməlidir ki, prosesi müharibə səviyyəsinə gətirərsə, parçalanacaq”.

 

Nəzrin Cavid

Tarix: 6 Oktyabr 2021, 15:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin