BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatdan Dini Komitənin sədr müavininə cavab: "Anadolu türkünə oxşamaq nə zamandan pis görüntü yaradır?"

"Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov savadlı və mütərəqqi baxışlara sahib bir şəxsdir və səsləndirdiyi fikirlərin əksəriyyəti ilə razıyam. Ancaq bir məqam diqqətimi çəkdi. Deyir ki, "İrandan gələn bir dindar bizə dini öyrədir, əvəzində çevrilib iranlıya bənzəyirik. Ərəbistandan gələn dindar dini öyrədir, dönüb ərəb düşüncəsndə oluruq. Anadoludan gələn bizə dini öyrədir, dönüb Anadolu türkünə oxşayırıq. Halbuki biz azərbaycanlı obrazımızı qorumalıyıq". Fikrimcə bu müqayisə heç yerində deyil. Ərəbə, farsa oxşamağı anladım, bu fikirlə əlbəttə razılaşıram. Ancaq Anadolu türkünə oxşamaq nə zamandan pis görüntü yaradır?"


Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.


"Məgər məqsədimiz o deyil ki, azərbaycanlı Anadolu türkünə, Anadolu türkü də azərbaycanlıya bənzəsin? Bəs qardaşlığımızın son hədəfi nədir? Azərbaycan əsgəri məgər Anadolu türkünün əsgərinə oxşamaq istəməz? Bu kimi məsələlərdə aşırı azərbaycançılıq etmək qətiyyən olmaz. Biz niyə qazağa, özbəyə oxşamağı, yaxud da onlar bizə oxşamağa xor baxsınlar? Məsələ burasındadır ki, biz bir-birimizə bənzədikdən sonra Türk Birliyini gerçəkləşdirə biləcəyik. Dili ilə, əlifbası ilə, dini ilə, dünyagörüşü ilə bir birinə bənzəməkdən gözəl və dəyərli hansı hədəfimiz ola bilər ki?" - F.Mustafa qeyd edib.

Tarix: 6 Oktyabr 2021, 17:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin