BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə Paris İqlim Sazişini təsdiqlədi

Türkiyə Böyük Millət Məclisi Paris İqlim Sazişini təsdiq edən qanun layihəsini qəbul edib.

 

Pravda.az xəbər verir ki, bunu parlament səsverməsinin nəticələri göstərib.

 

Müvafiq qanun layihəsi yekdilliklə dəstəklənib.

 

Xatırladaq ki, 2015-ci ildə BMT çərçivəsində Paris İqlim Sazişini qəbul edilib. Saziş istixana qazı tullantılarının azaldılması və planetdə qlobal orta illik temperaturun 2100-cü ilə qədər sənaye öncəsi səviyyədən 2 Selsi dərəcə üzərində saxlanılması və istiliyin 1,5 dərəcə ətrafında saxlanılması üçün tədbirlər görülməsini nəzərdə tutur. Noyabr ayında Böyük Britaniya Qlazqoda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-26) 26-cı Konfransına ev sahibliyi edəcək.

Tarix: 7 Oktyabr 2021, 00:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin