Qazaxıstanda keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayı Katibliyinin XIX iclası çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri yerli KİV nümayəndələrinə müsahibə verdi. Yerli media mənsublarının suallarını cavablandıran şeyxülislam Azərbaycanın şanlı Zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsindən, azad edilmiş torpaqlarımızdakı aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərindən, habelə Azərbaycan ilə Qazaxıstan arasında tarixi qardaşlıq əlaqələrindən danışıb.
Pravda.az xəbər verir ki, dini liderlərin növbəti qurultayına hazırlıq məqsədilə keçirilən iclasın əhəmiyyətindən bəhs edən Allahşükür Paşazadə deyib ki, dini liderlərin sözügedən platformada siyasi və ictimai xadimlərlə əməkdaşlığı bütün bəşəriyyəti təhdid edən çağırışların qarşısının alınmasında böyük rol oynayır.
Şeyxülislam bildirib ki, dünyada qlobal sabitliyi pozan, müxtəlif icmalar və xalqlar arasında qarşıdurmaları atəşləyən ksenofobiya, islamofobiya, xristianofobiya və antisemitizm kimi ideoloji və praktiki təhdidlərin artması müşahidə olunur. Bu gün zorakılığa, ayrı-seçkiliyə səbəb olan nifrət çağırışları real siyasi və sosial təhlükəyə çevrilib. QMİ-nin sədri qadın və uşaqların hüquqlarının qorunmasının vacibliyini də xüsusi qeyd edib. Digər tərəfdən, dinin bəzi siyasətçilər tərəfindən öz mənafeləri və siyasi məqsədləri üçün istifadə etmə halları da artmaqdadır. Bütün bunlara qarşı din, dövlət və ictimai xadimlərinin səylərini birləşdirən bu cür tədbirlərin keçirilməsinin mühüm olduğunu vurğulayan şeyxülislam 2022-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək növbəti VII Dünya və Ənənəvi Dinlərin Liderləri Qurultayının dünyada böyük rezonans doğuracağını əmin olduğunu bildirib.
QMİ-nin sədri qeyd edib ki, Azərbaycan tolerant ölkədir və Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən çox sayda beynəlxalq mədəniyyətlərarası, dinlərarası tədbirlərə ev sahibliyi edib. Azərbaycanda bütün dinlər üçün eyni şərait yaradılıb, ölkəmizdə mövcud olan bütün dini konfessiyalar qanun qarşısında bərabərdir.
Azərbaycan Respublikası işğal olunmuş ərazilərini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun gücü ilə beynəlxalq qanunlara, BMT və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq azad edib. Uzun illərdir işğal olunmuş Vətən torpaqlarında əsir qalmış məscidlərin, kilsələrin, ziyarətgahların, digər dini, tarixi və mədəni abidələrin erməni vandalları tərəfindən dağıdıldığını xüsusilə vurğulayan şeyxülislam onların dövlət tərəfindən təmir və bərpa edilməkdə olduğunu deyib.
Azərbaycanın öz əzəli torpaqlarının erməni işğalından azad olunması uğrunda apardığı haqq mücadiləsində, həm Birinci Qarabağ savaşında, həm də 44 günlük Vətən müharibəsi dövründə Qazaxıstan dövlətinin, onun rəhbərliyinin, bütün qazax xalqının haqq-ədalətin yanında olması, bizə dəstək olması təqdirəlayiqdir.
Şeyxülislam, həmçinin qeyd edib ki, 27 sentyabrdan başlayaraq Şuşanın azad olunmasının ildönümünə, 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı Zəfərini təsdiq edən üçtərəfli sənədin imzalandığı 10 noyabr tarixinədək Azərbaycan xalqı Vətən uğrunda həyatlarını fəda edən üç minə yaxın şəhidimizi ehtiramla anır, onların ruhlarına dualar edir. QMİ-nin sədri Qarabağın azadlığı uğrunda həyatlarından keçənlər arasında Birinci Qarabağ savaşında ermənilər tərəfindən vurulan helikopterdə həlak olanlar arasında qazax şəhidinin də olduğunu xüsusi qeyd edib.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən Dünya və Ənənəvi Dinlərin Liderləri Qurultayının Katibliyinin XIX iclasında iştirak edir.
Azərtac
23 Oktyabr 15:44
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
Ən son xəbərləri səhifəmizdən də izləyin