BURADA REKLAMINIZ OLA
BİLƏR

İnam Kərimovun səlahiyyətləri artırıldı

Kənd təsərrüfatı nazirinin səlahiyyətləri artırılıb.

 

Pravda.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.

 

İndiyə qədər nazir nazirliyin aparatının işçilərini, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edib və vəzifədən azad edib. Dəyişikliyə əsasən, artıq nazir nazirliyin Aparatının işçilərini, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlər ilə bərabər onların müavinlərini, struktur bölmə rəhbərlərini vəzifəyə təyin edəcək və vəzifədən azad edəcək, digər işçilərin (tabeliyindəki qurumların strukturuna daxil olmayan hüquqi şəxslərin yalnız rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verəcək.

Tarix: 7 Oktyabr 2021, 14:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin