BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanda bir sıra din xadimləri, mülki şəxslər İranın təsiri altında fəaliyyət göstərirlər”

 

"Ölkədə fəaliyyət göstərən “5-ci kolon”lardan ən təhlükəlisi İran, sonra isə Rusiyadır. Qərb isə gizli yox, daha açıq fəaliyyət göstərir. Ona görə də Qərb kalonlarını zərərsizləşdirmək çətin deyil. Həmçinin Qərbin “5-ci kalon”u İran qədər güclü deyil".

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

 

O bildirib ki, Azərbaycanda İranın, Rusiyanın və müxtəlif Qərb dövlətlərinin təsiri altında olan “kolon”lar var: "Hətta Amerikanın təsiri altında “kolon”lar da ölkəmizdə fəaliyyət göstərir. Bunlardan ən təhlükəlisi isə, əlbəttə ki, İran “kolon”larıdır. Bir sıra din xadimləri, dindarlar və mülki şəxslər İranın təsiri altında fəaliyyət göstərirlər".

 

Nəzrin Cavid

Tarix: 7 Oktyabr 2021, 14:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin