BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli: “Şuşanı gördüyüm an keçirdiyim hisslər bu vaxta qədər yaşadığım nadir təəssüratlarlardandır”

"Şuşanı gördüyüm an keçirdiyim hisslər bu vaxta qədər yaşadığım nadir təəssüratlarlardandır. 1990-cı illərdə şəhər işğal olunan ərəfədə mən Şuşada idim. Biz Şuşanı itirəndə nə hisslər keçirdiyimi bir Allah bilir. Onsuz da bizə doğma olan Şuşa ötən il 30 ərzində daha da müqəddəs məkana çevrildi. İndi isə Şuşanı azad etmişik. Şuşanı azad görmək məni heyacanlandırdı".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli Şuşa səfəri barədə danışarkən deyib.

 

O bildirib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, siyasi-ideoloji məkanıdır: "Yuxarı Gövhər Ağa məscidində, Prezident İlham Əliyevlə Türkiyə Prezidentinin bəyanat imzaladığı yerdə, Natəvan bulağında olduq. İndi Cıdır düzünə yola düşmüşük. Şuşaya gəldiyimiz Zəfər yolu da qələbəmizin simvollarından biridir. Elə gözəl hisslər və təəssüratlardır ki, izah etmək çətindir".

 

Nəzrin Cavid

Tarix: 7 Oktyabr 2021, 14:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin