BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Respublika Gününün adının dəyişdirilməsindən danışdı: "Qanun layihəsi Milli Məclisə Prezident İlham Əliyev tərəfindən daxil olub"

""Müstəqillik haqqında" qanun layihəsi Prezident İlham Əliyev tərəfindən Milli Məclisə daxil olub. Bu layihənin qəbul edilməsi, böyük, şərəfli yol keçmiş Azərbaycanın müstəqilliklə bağlı bayramlarının adlarında dəqiqləşdirmə məsələsi kimi meydana çıxıb. Həmin qanun layihəsinin əsasında gələcəyə hesablanmış məsələlər dayanır. Biz 28 May Müstəqillik Günü və 18 Oktyabr Müstəqilliyin Bərpası Gününü qürurla qeyd edəcəyik".
 


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov "Müstəqillik Günü haqqında" qanun layihəsi barədə danışarkən deyib.


Deputat bildirib ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir: "Azərbaycanın 1991-ci ilin oktyabrın 18-də müstəqilliyini bərpa etdiyi tarixdən 30 il keçir. Ötən illər ərzində Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa edib, daha da güclənib. Dövlətimiz regionda yeni reallıqlar yaradıb. Müstəqillik Azərbaycan üçün ən müqəddəs məhfumdur".


Qeyd: Hazırda 28 may Respublika Günü kimi qeyd olunur.


Nəzrin Cavid

Tarix: 7 Oktyabr 2021, 15:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin