BURADA REKLAMINIZ OLA
BİLƏR

Qalmaqallı rəis müavini işdən çıxarıldı

Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsindən azad edilib.

 

Pravda.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Rövşən Quliyev vəzifəsindən çıxarılıb.

 

O, hazırda sərəncama götürülüb.

 

Qeyd edək ki, Rövşən Quliyev gündəmə 2 qardaşın polis şöbəsində döyülməsi haqda xəbərlə gəlmişdi. Bununla bağlı saytımıza müraciət edən qardaşlardan biri Rauf Əmənov iddia etmişdi ki, rəis müavini Rövşən Quliyev otaqda onları nalayiq ifadələrlə söyüb, təhqir edib: “Şöbədən çıxandan sonra polis rəisi Mübariz Quliyev bizim telefonlarımızı qaytarmaq barədə göstəriş versə də, Rövşən Quliyev qaytarmadı”.

 

Qafqazinfo

Tarix: 7 Oktyabr 2021, 17:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin