BURADA REKLAMINIZ OLA
BİLƏR

GAP sədri: “Məni üzən yad düşmənlər deyil, daxili satqınlardır”

“Müqəddəs torpağımız olan Şuşa şəhərindəyik. Necə qürurverici hiss olduğunu sözlə anlatmaq, sadəcə, imkansızdır… Şuşa təkcə Azərbaycanımızın mədəniyyət paytaxtı deyil, Şuşa həm də Qarabağımızın müqəddəs qalasıdır!”

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu bildirib.

 

A.Şakiroğlu əminliklə qeyd edib ki, xalq olaraq həmrəylik, birlik qorunsa, daha böyük uğurlara imza atılar: “Təbii ki, vətənimizin bu uğurlarını görmək istəməyən, həzm edə bilməyən xarici və daxili qüvvələr mövcuddur. Çox təəssüflər ki, Azərbaycanın qonşular cəhətdən heç bəxti gətirməyib. Bu gün Azərbaycana “diş qıcamağa” cəhd edən dövlətlərin varlığı heç kimə sirr deyildir. Hər birimiz olanları görürük. Əmin olun ki, bu “diş qıcayanların” sonda “dişləri” sınacaq… Bir siyasi partiya sədri olaraq məni üzən yad düşmənlər deyil, daxili satqınlardır. Ölkəmizin uğuru hər bir vətəndaşımızın uğurudur. Bu uğurları görməzdən gəlmək, sadəcə, vətənə, millətə xəyanətdir! Ağzı “köpüklənə-köpüklənə” hər bir işdə qara rəng axtaran, dövlətimizin uğurlarını aşağılamağı önünə həyat məqsədi seçmiş, gözlərindən yalnız mənfiləri görmək üçün istifadə edənlərə xatırlatmaq istərdim ki, unutmasınlar: Bu vətən həm də sizin vətəndir!”

Tarix: 7 Oktyabr 2021, 20:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin