BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan İsraildə səfirlik açacaq

Azərbaycan İsraildə səfirlik açacaq.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.

 

Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib: “Məsələ çoxdan müzakirə olunur. Azərbaycanın İsraildə Səfirlik təsis edilməsinin tərəfdarıyıq. Lakin Azərbaycan rəhbərliyi bu prosesə pillə-pillə yanaşır. Hazırda ölkəmizin İsraildə ticarət nümayəndəliyi var”.

 

O qeyd edib ki, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsini İranla bağlamaq düzgün deyil: "Bizim öz prioritetlərimiz var. Bu məsələdə İrandan daha vacib elementlər var. İsraillə münasibətlərimiz, əlaqələrimiz daha önəmlidir”.

Tarix: 8 Oktyabr 2021, 15:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin