BURADA REKLAMINIZ OLA
BİLƏR

Telman İsmayılovun saxlanılması ilə bağlı yeni xəbər

Rusiyanın Monteneqrodakı səfirliyinə azərbaycanlı biznesmen Telman İsmayılovun saxlanılması barədə yerli hakimiyyət orqanlarından rəsmi bildiriş daxil olub.

Pravda.az xəbər verir ki, səfirlik bu barədə məlumatı təsdiq edib.

Qeyd olunub ki, bu, standart prosedurdur. 

Qeyd edək ki, Rusiyanın Baş Prokurorluğu daha əvvəl yaydığı məlumatda qeyd edib ki, prokurorluq Telman İsmayılovun Rusiyaya ekstradisiya edilməsi üçün Monteneqroya rəsmi sorğu hazırlığına başlayıb.

İsmayılovun vəkili Marina Rusakova isə bildirib ki, noyabrın 12-də Podqoritsa məhkəməsi azərbaycanlı biznesmenin ona Monteneqroda siyasi sığınacaq verilməsi ilə bağlı ərizəsinə baxacaq.

Qeyd edək ki, Telman İsmayılov bir neçə cinayət işində, o cümlədən iki sahibkarın qətlində ittiham olunur və 2017-ci ildə qiyabi həbs edilib. O, Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.

Tarix: 8 Oktyabr 2021, 17:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin