BURADA REKLAMINIZ OLA
BİLƏR

Telli Pənahqızına vəzifə verildi

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Televiziya və Radio Akademiyasının rektoru Faiq Hüsiyev vəzifəsindən azad edilib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Pravda.az-a verilən məlumata görə, QSC-nin sədri Rövşən Məmmədov Əməkdar mədəniyyət işçisi Telli Pənahqızının bu vəzifəyə təyin edilməsi ilə bağlı əmr imzalayıb.


Akademiyanın keçmiş rektoru Faiq Hüsiyev isə AzTV-nin İstimai-siyasi Proqramlar Studiyasının Analitik qrupunun rəhbəri təyin olunub.

Qeyd edək ki, Telli Pənahqızı 1980-ci ildən AzTV-də çalışır.

Bu təyinata kimi o, QSC-nin baş proqram direktorunun müavini vəzifəsində işləyirdi.

2019-cu ildən Milli Televiziya və Radio Şurasının üzvüdür.

Tarix: 8 Oktyabr 2021, 18:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin