BURADA REKLAMINIZ OLA
BİLƏR

Şuşaya gedərkən avtomobili əlindən alınan partiya sədri BDYPİ-yə dəvət olundu

Oktyabrın 7-də Şuşaya yola düşərkən Bakıda avtomobili əlindən alınan Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) dəvət olunub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, idarədə partiya sədrinə bildirilib ki, səhvə yol verən polis əməkdaşı barəsində cəza tədbiri görüləcək.

 

A.Şakiroğlu məlumatı Pravda.az-a təsdiqləyib.

 

 

Partiya sədri bildirib ki, idarədə polkovnik-leytenant Ceyhun Əliyevlə görüşüb: “Bizə bildirdilər ki, həmin gün reyd təşkil edilməyib. Mən və sürücüm baş verənlərlə bağlı geniş izahat yazdıq. Söhbət zamanı bildirildi ki, avtomobili əsassız yerə saxlamış çavuşla bağlı xidməti araşdırma başlanılıb. Qanunsuzluğa yol vermiş DYP əməkdaşı cəzasını alacaq. Növbəti həftə mənə nəticə ilə bağlı yazılı məlumat veriləcək”.

 

A.Şakiroğlu BDYPİ-nin əməkdaşlarının şikayətə həssas və operativ yanaşmasını təqdir edib və aparılan araşdırma ilə bağlı yekun rəsmi qərar verildikdən sonra ətraflı danışmağı məqsədəuyğun bilib.

 

Aslan

Tarix: 8 Oktyabr 2021, 22:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin