BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qanuni oğru" azadlığa buraxıldı

Məşhur "qanuni oğru", kriminal aləmdə "Taro" ləqəbiylə tanınan Tariel Onianı azadlığa çıxıb.

 

63 yaşlı gürcü əsilli kriminal avtoritet İspaniyada həbsdən çıxdıqdan sonra naməlum istiqamətdə ölkəni tərk edib.

 

Qeyd edək ki, İspaniya məhkəməsi 2020-ci ilin yazında Onianıni 4 il həbs cəzasına məhkum edib. O, ölkədə çirkli pulların yuyulması məqsədi ilə yaradılmış cinayətkar qrupa üzv olmaqda günahkar bilinib.

 

Onianı "Qara Delfin" xüsusi rejim koloniyasından azad edildikdən sonra 2019-cu ilin oktyabr ayında Rusiyadan İspaniyaya ekstradisiya edilmişdi. O, 10 il müddətinə azadlıqdan məhrum edilib və həbs cəzasının bitməsinə 2 ay qalmış azadlığa buraxılıb.

Fotoları təqdim edirik
Tarix: 9 Oktyabr 2021, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin