BURADA REKLAMINIZ OLA
BİLƏR

Təyyar Rzaquliyev vəzifəsindən azad edildi

Daxili işlər orqanında kadr dəyişikliyi olub.

 

Pravda.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən Cəlilabad Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Təyyar Rzaquliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.

 

Xatırladaq ki, 52 yaşlı T.Rzaquliyev 1991-ci ildə daxili işlər orqanları sıralarına qəbul olunub. Ağdam Rayon Polis Şöbəsində xidmət edib. 2010-cu ilə kimi cəbhə bölgəsində yerləşən Xocalı Rayon Polis Şöbəsində xidmət edib. 2010-cu il də Neftçala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub. 2014-cü ildə xidmətini Salyan Rayon Polis Şöbəsində davam etdirib. 2018-ci ilin iyunundan indiyədək isə Cəlilalabad RPŞ-nin rəis müavini kimi xidmət edib.

 

Azxeber.com

Tarix: 9 Oktyabr 2021, 09:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin