BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda turistlərin olduğu avtomobil aşdı - 5 nəfər xəsarət aldı

Quba-Qusar yolunda yol nəqliyyat-qəzasında baş verib.

 

Pravda.az-ın xəbərinə görə, içərisində ərəb turistlərin olduğu “Mercedes Vita” markalı avtomobil yoldan çıxaraq aşıb.

 

Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon xəstəxanasına gətirilib.

 

İlkin tibbi yardımdan sonra onlar Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılacaq. Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 7 Fevral 2020, 19:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin