BURADA REKLAMINIZ OLA
BİLƏR

“Müasir siyasət qapaz-təpik üzərində qurulub, zəif oldun, qapazaltı olacaqsan”

 

 

Sovet texnikasını xarici texnikadan seçən bir vacib amil var id, keçib daha, deyim. Əgər xarab olan xarici texnikanı düzəltmək üçün professional usta lazım olurdusa, sovet texnikası bir qapazla düzəlirdi. Nu, maksimum bir təpiklə. Məsələn, televizor xarab olanda təpəsinə cəmisi bir zərbə kifayət idi ki, quzu kimi aparsın özünü. İki qapaz isə hətta ağ-qara televizoru rəngli edirdi, aparıcının gözləri qızardı ağrıdan.

 

Bəs xolodilnik?

 

Eh, bir biləsiniz nə qədər belə təmir işləri görmüşəm evdə,  azyaşlıların istismarı-filan.

 

Evin əsas ustası mən idim, bir şey xarab olan kimi anam çağırırdı ki, balam, bir çarə qıl, çünki hansı cihazın harasını qapazlamaq lazımdır - bunu məndən yaxşı bilən yox idi evimizdə.

 

İnanın, o zaman bu elm üzrə kondidatski olsaydı, birinci dosent özüm olardım məmləkətdə. Amma onu da deyim ki, incəliklər çox idi bu elmdə, elə-belə gəlməsin sizə. Məsələn, əgər televizorun sağ yuxarı küncünə zərbə əla təsir edirdisə, soyuducunu gərək beldən aşağı vuraydın. Özüdə təpiklə, çünki qapaz işləmirdi bel ağrısından, əyilmək filan. Lakin onu da nə gizlədim sizdən ki, ən asan təmir olunan ütü idi, bircə dəfə çırpırdın yerə, qızdırması koronanı ağlar qoyurdu.

 

Müasir siyasət qapaz-təpik üzərində qurulub. Zəif oldun, qapazaltı olacaqsan.

 

Cənub qonşumuzla sərhəddə Harop-un başının sığallama səhnəsi çox xoşuma gəldi, şedevral bir mesaj idi.

 

Üstəlik, digər müttəfiqlərimizin addımları və siyasi ekspert olmasam da, görürəm geri çəkilməklərini.

 

Pişim-pişim zamanları keçdi və “derzki” cavablar silsiləsinin davamını dəstəkləyirəm.

 

Və bu gün yaxın bildiyimizlər tərəfindən bizə qarşı yeni informasiya savaşına baxmayaraq, inanıram ki, sonunda hər şey bizim xeyirimizə olacaq, İnşallah…

 

Azər Qərib

Tarix: 9 Oktyabr 2021, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin