BURADA REKLAMINIZ OLA
BİLƏR

İran İslam Respublikasının ilk prezidenti dünyasını dəyişdi - FOTO

İran İslam Respublikasının ilk prezidenti Əbülhəsən Bənisədr 88 yaşında vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.

 

İran İslam Respublikasının ilk prezidenti Parisdə Salpetrier xəstəxanasında vəfat edib.

 

Onun ölüm səbəbi açıqlanmayıb.

 

Qeyd edək ki, Əbülhəsən Bənisədr uzun müddət idi Fransada yaşayırdı. O, islam inqilabından sonra, 5 fevral 1980—20 iyun 1981-ci illər arasında İran İslam Respublikasının ilk prezidenti olub.

Fotoları təqdim edirik
Tarix: 9 Oktyabr 2021, 14:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin