BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət başçısı Gürcüstan Prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə başsağlığı məktubu ünvanlayıb.

 

Pravda.az-ın xəbərinə görə, məktubda deyilir:

 

“Hörmətli xanım Prezident,

 

Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi.

 

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

 

Tarix: 9 Oktyabr 2021, 16:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin