BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəzalı vəziyyətə düşən məktəblə bağlı qərar verildi

Oktyabrın 11-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57 nömrəli tam orta məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə əyani tədrisə davam edəcəklər.

 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Bu qərar son vaxtlar əlverişsiz hava şəraiti nəticəsində yağış və qrunt sularının 57 nömrəlı tam orta məktəbin binasını qəzalı vəziyyətə salması səbəbindən verilib.

Tarix: 9 Oktyabr 2021, 17:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin