BURADA REKLAMINIZ OLA
BİLƏR

Diplomatik korpusun nümayəndələri Şuşada tarixi abidələri ziyarət etdi

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun mətbuat attaşeləri və əcnəbi jurnalistlər Şuşada tarixi abidələri ziyarət edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında bildirilib.

 

Səfər çərçivəsində mətbuat attaşeləri Azərbaycanın mədəniyyət paytaxtında Xan qızı Natəvanın evində, Bülbülün ev-muzeyində, Şuşanın mərkəzi meydanında olublar.

 

Eyni zamanda, Şuşada Üzeyir Hacıbəylinin heykəlini ziyarət ediblər.

 

Qeyd edək ki, diplomatik korpusun mətbuat attaşeləri və əcnəbi jurnalistlər ötən gün Şuşaya səfər ediblər.

Tarix: 9 Oktyabr 2021, 18:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin