BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah hava necə olacaq?

Oktyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətinin Pravda.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

 

Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-19° isti olacaq.

 

Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq.

 

Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət 60-70% olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Oktyabrın 11-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.

Tarix: 10 Oktyabr 2021, 12:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin