BURADA REKLAMINIZ OLA
BİLƏR

"Onların dərdi, sadəcə, "cool" görünmək, bəzi xarici fondların xoşuna gəlməkdir, vəssalam"

"Ölkədə bir ovuc, məhz bir ovuc özlərini intellektual, liberal adlandıran, özlərini sivil toplum nümayəndəsi təyin edən adamlar var. Deyirlər ki, siyasətçilər bizim xoşumuza gəlməlidirlər, dünya görüşümüzə uyğun olmalıdırlar, bizim tərəzimizdə çəkilməlidirlər, amma anlamırlar ki, siyasətçinin əsas hədəfi elan etdiyi dəyərlərə sadiq olmaqla bərabər xalqdan, toplumdan dəstək qazanmaq, səs toplamaq və hakimiyyətə gəlməkdir".

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

"Liberalizmdən başı çıxmır, əsl sivil toplum fəlsəfəsini anlamırlar. Onların dərdi, sadəcə, "cool" görünmək, bəzi xarici fondların xoşuna gəlməkdir, vəssalam. Anlamırlar ki, ölkəni çirkabdan təmizləmək "ağ köynək"lə olmur, çirki təmizləyındə gərək üst-başının bulaşmağından qorxmayasan, xalqın gözləntisinə cavab verəsən, toplumun dəyərlərinə hörmətlə yanaşıb pis vərdişlərini, davranış tərzini dəyişməyə çalışasan. Onların bu dərdi də yoxdur, daim xalqı aşağılamaqla məşğuldurlar.


Bu rejim xalqın özgüvənini məhv edərək idarə edib, onlar da ya bilərəkdən, ya da savadsızlıqdan toplumu aşağılamaqla, siyasətçilərdən marginallaşma tələb etməklə bu sistemə xidmət edirlər..." - N.Cəfərli qeyd edib.

Tarix: 10 Oktyabr 2021, 11:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin