BURADA REKLAMINIZ OLA
BİLƏR

İçərişəhərdə partlayışın səbəbi açıqlandı - RƏSMİ

“Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri İçərişəhərdə partlayış baş verən əraziyə baxış keçiriblər.

 

İstehsalat Birliyindən Pravda.az-a verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə baş verən partlayışla bağlı “Azəriqaz”ın mütəxəssisləri də həmin məkana baxış keçiriblər. 

 

İlkin qənaət belədir ki, hadisəyə mənzildaxili qaz sızması səbəb olub. Həmin yerin yaxınlığından keçən yeraltı qaz xətti də ciddi şəkildə yoxlanılıb. 

 

Nəticə etibarı ilə bu kəmərdə hər hansı qaz sızması aşkarlanmayıb.

Tarix: 7 Fevral 2020, 22:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin