BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan ərazisinə soyuq hava kütlələri daxil oldu - Qar yağır

Bu saata olan məlumata görə rayonlarda artıq havada dəyişiklik qeydə alınır.

 

Pravda.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyeva deyib.

 

Qərb küləyi Daşkəsəndə 28 m/s, Salyanda 23 m/s, Tovuzda 24 m/s, Tərtərdə 23 m/s, Naftalan, Ağstafada 20 m/s, Astarada 18 m/s, Göytəpədə 17 m/s, Şəkidə 15 m/s-dək güclənib. Göygöldə, Balakəndə, Gədəbəydə, Gəncədə, Zaqatalada, Ağstafada, Sarıbaşda, Şəmkirdə yağış yağır. Daşkəsəndə qar başlayıb. Soyuq hava kütlələrinin ölkə ərazisinə tədricən daxil olması müşahidə edilir.

Tarix: 8 Fevral 2020, 00:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin