BURADA REKLAMINIZ OLA
BİLƏR

AFFA Aslan İsmayılovdan 10 min manat təzminat istədi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının iddiası əsasında (AFFA) hüquqşünas Aslan İsmayılovun məhkəmə prosesi başlayıb.

Pravda.az xəbər verir ki, məhkəmənin hazırlıq iclası hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilib.

Prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib. İddia məhkəmə baxışına qəbul olunub. Məlum olub ki, AFFA Aslan İsmayılovu qurum barədə böhtan xarakterli məlumatlar yaymaqda, işgüzar nüfuzuna xələl gətirməkdə günahlandırır və 10 min manat təzminat tələb edir.

Məhkəmənin ilkin baxış iclası noyabrın 10-a təyin olunub.

Qeyd edək ki, bir müddət öncə Aslan İsmayılov AFFA-nı korrupsiya əməllərinə ittiham etmişdi. Hüquqşünas feysbuk hesabından paylaşımında qurumun işlədilən fəhlələrə maaşlarının ödənilmədiyini bildirmişdi.

Qafqazinfo 

Tarix: 11 Oktyabr 2021, 18:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin