BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan bizə qardaş olan dövlətlərlə, Ərəbistanla birlikdə Körfəzdə dünyaya sülh mesajları verməlidir"

“Hansısa əyalət mollasının, generalın fikirləri Azərbaycanda gündəm yaratmamalıdır. Biz özümüz bölgədə gündəm yaradan dövlətik”.

 

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.

 

Deputat bildirib ki, biz öz gücümüzü öz inkişafımıza yönəltməliyik: “Azərbaycan bizə qardaş olan dövlətlərlə əlaqələri gücləndirməlidir. Azərbaycan bizə qardaş olan dövlətlərlə, Səudiyyə Ərəbistanı ilə birlikdə Körfəzdə, Pakistanla birlikdə Pakistanda dünyaya sülh mesajları verməlidir. Azərbaycan artıq münaqişələrdən yorulub”.

Tarix: 12 Oktyabr 2021, 11:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin