BURADA REKLAMINIZ OLA
BİLƏR

Vyaçeslav Volodin yenidən Rusiya Dövlət Dumasının sədri seçildi

Bu gün VIII çağırış Rusiya Dövlət Dumasının ilk iclası keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, Vyaçeslav Volodin ilk plenar iclasda səkkizinci çağırış Rusiya Dövlət Dumasının sədri seçilib.

 

Qeyd edək ki, V. Volodin VII çağırış Rusiya Dövlət Dumasının sədri olub.

 

Xatırladaq ki, Rusiyada sentyabrın 19-da Dövlət Dumasına seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyası seçkilərdə hakim “Vahid Rusiya” partiyasının qalib gəldiyini açıqlayıb.

Tarix: 12 Oktyabr 2021, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin